...

Türkiyə MMU-nun nümayəndə heyəti ölkəmizdə səfərdədir (FOTO)

Cəmiyyət Materials 19 Noyabr 2025 18:20 (UTC +04:00)
Türkiyə MMU-nun nümayəndə heyəti ölkəmizdə səfərdədir (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Serdar Salmanın rəhbərliyi ilə qardaş ölkənin nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Daha sonra MMU-nun Hərb Oyunları Mərkəzində keçirilən tədbirdə general-mayor Arif Həsənov çıxış edərək qonaqları MMU-nun rəhbərliyi adından salamlayıb.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri üzərində qurulduğunu bildirən general-mayor A.Həsənov bu müttəfiqliyin hər iki ölkədə hərbi təhsilin inkişafına verdiyi faydalardan danışıb. Azərbaycan Ordusunda hərbi təhsil sahəsində tətbiq edilən islahatların müsbət nəticələrini diqqətə çatdırıb.

Professor S.Salman isə öz növbəsində göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

Tədbirdə MMU və tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin yaranma tarixləri, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyətləri haqqında brifinq təqdim olunub.

Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti