...

Orta Dəhliz üzrə əlaqəliliyin yaxşılaşdırılması özəl sektor üçün yeni imkanlar açır

İqtisadiyyat Materials 19 Noyabr 2025 18:03 (UTC +04:00)
Orta Dəhliz üzrə əlaqəliliyin yaxşılaşdırılması özəl sektor üçün yeni imkanlar açır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz üzrə əlaqəliliyin yaxşılaşdırılması özəl sektor üçün yeni imkanlar açır.

Trend "PMCG" beynəlxalq konsaltinq şirkətinə istinadən xəbər verir ki, bunu "CAREC" şirkətinin baş müşaviri Devid Siklauri Bişkekdə keçirilən "CAREC" biznes forumunda çıxışı zamanı deyib.

Məlumatda qeyd olunur ki, o, Mərkəzi Asiyada elektron ticarətin sürətlə inkişafını və Orta Dəhliz boyunca əlaqəliliyin yaxşılaşdırılması sayəsində şirkətlərin ortaya çıxara biləcəyi potensialı vurğulayıb.

“"PMCG"nin forumda iştirakı, müxtəlif ticarət sistemlərinin islahatının təşviqi, tənzimləyici mühitin yaxşılaşdırılması və Orta Dəhliz də daxil olmaqla regional dəhlizlərin optimallaşdırılmasında hökumətlərin dəstəklənməsi sahəsində onun liderliyini təsdiqlədi. "PMCG" həmçinin özəl sektorla fəal işləyir, rəqabət qabiliyyətinin artırılmasına, “dar boğazların” müəyyənləşdirilməsinə, beynəlxalq standartlara uyğunluğun təmin edilməsinə və logistika ilə təchizat zəncirlərinin təkmilləşdirilməsinə kömək edir. Orta Dəhlizin Avrasiya ticarətindəki rolu artdıqca, "PMCG" hökumətləri və biznesi yeni imkanlar yaratmaq və Mərkəzi Asiyada dayanıqlı iqtisadi inkişafın təşviqini dəstəkləməyə yönəlmiş fəaliyyətini davam etdirir”, – məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti