...

Almaniya Suriyalıların sığınacaq müraciətlərinə yenidən baxmağa başlayıb

Dünya xəbərləri Materials 19 Noyabr 2025 22:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya hakimiyyəti Suriya vətəndaşlarının sığınacaq müraciətlərinə yenidən baxılmasını bərpa edib, lakin onların böyük əksəriyyəti rədd olunub.

Trend xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Nəşrin məlumatına görə, prosesin bərpasından sonra cəmi bir ay ərzində imtina qərarlarının sayı 99 faizi ötüb.

Qeyd olunur ki, müraciətlərin araşdırılması ötən ilin dekabrında ölkə rəhbərliyinin dəyişməsindən sonra Suriyadakı siyasi vəziyyətin dəyişməsi səbəbindən müvəqqəti olaraq dayandırılmışdı.

Xəbər lenti

Xəbər lenti