...

Komitə sədri “Yaşıl Tullantı və Enerji Fondu”nun yaradılmasını təklif edib

Yaşıl iqtisadiyyat Materials 20 Noyabr 2025 11:19 (UTC +04:00)
Komitə sədri “Yaşıl Tullantı və Enerji Fondu”nun yaradılmasını təklif edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu son illərdə daha da güclənib. Bu, “yaşıl enerji”yə keçidlə daha da artacaq.

Trend xəbər verir ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, qlobal iqlim çağırışları fonunda Azərbaycan enerji siyasətinin əsas sütunlarından biri yaşıl enerji transformasiyasını daha da sürətləndirilməlidir:

“Bununla bağlı Xəzər dənizində irimiqyaslı külək enerji layihələrinə hazırlıq işləri aparılır, günəş və külək parkları fəaliyyətə başlayır, azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikasının ərazisi “yaşıl enerji zonası” elan edilib. Nəticədə 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalında payı 14%-dən 30%-ə, qoyuluş gücündə payı isə 18%-dən 37%-ə çatdırılacaq”.

Dünya Bankının hesablamalarına görə, yaşıl enerji investisiyaları ÜDM artımını sürətləndirir, minlərlə yeni iş yeri yaradır, ixrac portfelini diversifikasiya edir, xarici sərmayəni cəlb edir.

S.Qurbanov əlavə edib ki, hazırkı və gələcək büdcə çərçivəsində bu tipli hesabatların nəzərə alınması, bu sahənin gələcək inkişafda mühüm rol oynaya bilər.

“Eyni zamanda tullantıların enerji çevrilməsi, enerji səmərəliliyi və təkrar istehsal kimi istiqamətlərin büdcədə ayrıca dəstəklənməsi də vacib məsələlərdəndi. Bu məqsədlə “Yaşıl Tullantı və Enerji Fondu”nun yaradılması, Enerji çevrilməsi layihələrinin maliyyələşdirilməsi, bu sahədə illik nəticələrin büdcə hesabatında ayrıca göstərilməsi səmərəli olardı. Bu tədbirlər həm ekoloji dayanıqlığı, həm də enerji keçidini daha sürətli və iqtisadi cəhətdən faydalı edə bilər”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti