...

Süni intellekt kompüteri virusa yoluxdura bilər - “Microsoft” xəbərdarlıq edib

Dünya xəbərləri Materials 20 Noyabr 2025 11:11 (UTC +04:00)
Süni intellekt kompüteri virusa yoluxdura bilər - “Microsoft” xəbərdarlıq edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Microsoft” korporasiyası “Windows 11” əməliyyat sistemində istifadəçi tapşırıqlarını müstəqil şəkildə yerinə yetirə bilən agent tipli süni intellekt modullarının tətbiqini nəzərdə tutan yeni eksperimental funksiyaya dair rəsmi bildiriş dərc edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, həmin süni intellekt modulları istifadəçilərin kompüterlərinin viruslara yoluxdurulması riski yarada bilər.

“Microsoft”un bildirişinə əsasən, bu funksiyanı yalnız potensial riskləri dərk edən istifadəçilər aktivləşdirməlidir. Standart olaraq agent tipli süni intellekt funksiyası söndürülmüş vəziyyətdə olur. Funksiya aktiv edildikdən sonra sistem süni intellekt agentləri üçün ayrıca lokal hesablar yaradır.

Bu agentlər təcdir olunmuş mühitdə işləsələr də, əsas istifadəçi qovluqlarına,o cümlədən Documents (sənədlər), Downloads (nndirimlər) və Desktop (iş masası) bölmələrinə giriş əldə edirlər. Bu səviyyədə giriş hüququ proqramlarda əməliyyatların icrası və fayl sistemi ilə qarşılıqlı əlaqə üçün zəruri hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti