Bakı. Trend:
Sudanda baş verən vəhşilikləri dayandırmaq və ölkədə vəziyyəti sabitləşdirmək məqsədilə ABŞ Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və digər Yaxın Şərq tərəfdaşları ilə birlikdə çalışacaq.
Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media platformasında açıqlama verib.
O bildirib ki, Sudanda dəhşətli vəhşiliklər baş verir və ölkə dünyada ən zorakı məkanlardan birinə, eyni zamanda böyük humanitar böhrana çevrilib.
“Ərəb liderləri, xüsusən də ABŞ-ni yeni tərk edən Səudiyyə Ərəbistanının vəliəhdi, Sudanda baş verənlərə dərhal son qoymaq üçün prezidentliyin gücündən və təsirindən istifadə etməyimi xahiş etdilər. Bu ölkələrin əməkdaşlığı və koordinasiyası ilə vəziyyət düzələ bilər”, – deyə Tramp əlavə edib.
