...

Tbilisidə keçirilən aksiya zamanı 13 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 20 Noyabr 2025 02:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 19-da Tbilisidə 2024-cü ildə polisə hücum etdiyi üçün həbs olunan və məhkəmənin qərarı ilə 4 il 5 ay azadlıqdan məhrum edilən 21 yaşlı Mate Devidzeyə dəstək məqsədilə aksiya keçirilib.

Trend xəbər verir ki, aksiya zamanı polis ilə iştirakçılar arasında qarşıdurma yaranıb və qanuni tələblərə tabe olmayan 13 nəfər saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxslər polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb və hüquq-mühafizə orqanı nümayəndələrini təhqir ediblər.

DİN vətəndaşları qanuna zidd əməllərdən çəkinməyə çağırıb, əks halda müvafiq tədbirlərin qanun çərçivəsində görüləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti