Bakı. Trend:
Bəşəriyyətin toplanmış biliklərini qorumaq məqsədilə “Grokipedia” məqalələrinin nüsxələri vaxtaşırı olaraq Günəş sistemində yerləşdiriləcək.
Trend xəbər verir ki, bunu İlon Mask “X” sosial platformasında bildirib.
“Məlumatların məhv edilməsi və ya bəşəriyyətin barbarlığa yuvarlanması ehtimalı nəzərə alınaraq, gələcək sivilizasiyalar üçün biliklərin qorunması məqsədilə bir neçə nüsxə dövri olaraq Günəş sistemində paylanacaq. Biz İsgəndəriyyə Kitabxanasının dərsini unutmuruq”, – deyə Mask qeyd edib.
O əlavə edib ki, “Grokipedia” layihəsi adı ilə tam uyğunlaşdıqdan sonra onun adı “Encyclopedia Galactica” olaraq dəyişdiriləcək. Layihə kainat haqqında bütün biliklərin açıq mənbəli qlobal anbarına çevrilməyi hədəfləyir.
