...

Litva Belarusla iki sərhəd-keçid məntəqəsini açır

Dünya xəbərləri Materials 19 Noyabr 2025 23:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belarus Litvadan iki sərhəd keçid məntəqəsinin açılması ilə bağlı rəsmi bildiriş alıb.

Trend-in məlumatına görə, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi məlumat yayıb.

Bildirilib ki, noyabrın 20-də Minsk vaxtı ilə saat 01:00-dan etibarən Litva hakimiyyəti Kamennı Loq–Medininkay və Benyakoni–Şalçininkay sərhəd-keçid məntəqələrini yenidən açmağı planlaşdırır.

Belarus Sərhəd Xidməti isə Belarus–Litva sərhədində insanların və nəqliyyat vasitələrinin keçidinin bərpasına tam hazır olduğunu açıqlayıb.

Xəbər lenti

Xəbər lenti