Bakı. Trend:
FIFA milli komandaların yenilənmiş reytinq siyahısını dərc edib.
Trend xəbər verir ki, Azərbaycan yığması reytinqdə dörd pillə geriləyərək 127-ci sırada qərarlaşıb.
Siyahının ilk pilləsini İspaniya millisi tutur. İlk üçlüyü Argentina və Fransa milliləri tamamlayır.
Reytinqin ilk onluğu belədir:
1. İspaniya
2. Argentina
3. Fransa
4. İngiltərə
5. Braziliya
6. Portuqaliya
7. Niderland
8. Belçika
9. Almaniya
10. Xorvatiya
