...

Azərbaycanın qadın şahmat millisi dünya çempionatında iki məğlubiyyətlə üzləşib

İdman Materials 20 Noyabr 2025 00:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində keçirilən dünya çempionatında növbəti turun görüşlərini keçirib.

Trend xəbər verir ki, III turda yığma ABŞ, IV turda isə FIDE komandası ilə qarşılaşıb. Millimiz həm ABŞ-a (0,5:3,5), həm də FIDE-yə (1:3) məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi əvvəlki turda A qrupunda Perunu 3:1 hesabı ilə məğlub edib, Qazaxıstana isə 1,5:2,5 hesabı ilə uduzub.

Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Dünya çempionatı noyabrın 23-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti