Bakı. Trend:
Almaniya Silahlı Qüvvələrinə bundan sonra şübhəli pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizədə polisə kömək etmək imkanı veriləcək. Orduya PUA-ları vurmaq icazəsi yalnız casusluq, diversiya və ya insanların həyatına təhlükə yarandıqda verilir.
Trend xəbər verir ki, bu barədə hökumət iclasında müzakirə olunan qanun layihəsində məlumat verilib.
Qanun layihəsində qeyd olunur ki, hərbçilər yalnız dronlar insanların həyatına və ya kritik infrastruktura təhlükə yaratdıqda silahdan istifadə edə biləcəklər.
Bundan əlavə, Daxili İşlər Nazirliyi aeroport ərazilərində hava nəqliyyatının fəaliyyətinə mane olan aksiyalara görə cəzaların sərtləşdirilməsini təklif edib.
