Bakı. Trend:
Azərbaycanın gənc taekvondoçuları İsveçrənin Eql şəhərində keçirilən Avropa birinciliyinin ilk günündə 1 qızıl və 2 bürünc medal əldə ediblər.
Trend xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan İlyas Hətəmli bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
45 kq-da Mehdi Budaqlı və 51 kq-da Novruz Əliyev isə bürünc medalla kifayətləniblər.
