...

ABŞ Prezidentinin Qarabağ münaqişəsini həll etmə bacarığı Putini təəccübləndirib

Dünya xəbərləri Materials 20 Noyabr 2025 02:44 (UTC +04:00)
ABŞ Prezidentinin Qarabağ münaqişəsini həll etmə bacarığı Putini təəccübləndirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllində göstərdiyi nəticənin Rusiya lideri Vladimir Putini heyrətə gətirdiyini bildirib.

Trend xəbər verir ki, Tramp bu barədə ABŞ-Səudiyyə Ərəbistanı investisiya forumunda çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, Putin telefon danışığında Vaşinqtonun münaqişəyə son qoymasına inanmadığını deyib.

"Putin mənə zəng edib dedi ki, inana bilmir ki, mən münaqişəni həll edə bilmişəm. Cavab verdim: İcazə verin, sizin müharibənizi də həll edim", – Tramp bildirib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə yeddi bənddən ibarət birgə Bəyannamə imzalayıblar. Bununla yanaşı, hər iki ölkənin xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişi paraflayıblar.

Xəbər lenti

Xəbər lenti