...

Əşrəf Hakimi Afrikada “İlin oyunçusu” seçilib

İdman Materials 20 Noyabr 2025 03:32 (UTC +04:00)
Əşrəf Hakimi Afrikada “İlin oyunçusu” seçilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Afrika Futbol Konfederasiyası (CAF) Əşrəf Hakiminin “İlin oyunçusu” adına layiq görüldüyünü açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının sosial media hesabında paylaşım edilib.

Ötən mövsüm mərakeşli müdafiəçi PSJ ilə Çempionlar Liqasını, Fransa Liqasını, Fransa Kubokunu və Fransa Superkubokunu qazanıb. Bundan əlavə, Hakiminin heyətindəki parislilər ABŞ-da keçirilən FIFA Klublararası dünya çempionatının finalına çıxıblar.

Müdafiəçi parislilər üçün bütün yarışlarda 55 oyun keçirib, 11 qol vurub və 14 məhsuldar ötürmə edib. Hazırda Hakimi sol topuq zədəsindən sağalır.

Xəbər lenti

Xəbər lenti