Bakı. Trend:
“Bakı Şəbəkəsi” İB Milli Qəhrəman, şəhid jurnalist Fəxrəddin Şahbazovun ailə üzvlərinə baş çəkib.
“Bakı Şəbəkəsi” Araşdırmalar və Təhlil İctimai Birliyinin rəhbərliyi 20 noyabr 1991-ci ildə Qarakənd səmasında erməni terrorçuları tərəfindən vurulmuş helikopterdə faciəli şəkildə həlak olmuş jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Şahbazovun ailə üzvlərinə baş çəkib. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində terror qurbanı olmuş şəhid jurnalistlərin xatirəsinə həsr olunan layihə çərçivəsində Fəxrəddin Şahbazovun ailə üzvləri ilə birgə xatirəsi anılıb.
İctimai Birliyin rəhbəri Elçin Ağacanov bildirib ki, şəhid jurnalistləri yad etmək üçün bir sıra layihələr həyata keçirilib və proses gələcəkdə də davam etdiriləcək: "Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Baku Network” Analitik Mərkəzi tərəfindən icra olunan "Azərbaycan əleyhinə hibrid və ideoloji təhdidlərin təhlili" layihəsi çərçivəsində bu ilin iyul ayında Fransanın paytaxtı Paris şəhərində şəhid jurnalistlərin xatirəsinə həsr edilən tədbir keçirilib, sərgi təşkil edilib. Fransanın nüfuzlu siyasətçiləri, ictimai xadimlər, Avropanın aparıcı media qurumlarının nümayəndələri və digər tanınmış şəxslərin iştirakı ilə keçirilən tədbirdə braşurlar da paylanılıb. Məqsədimiz erməni terrorunu bir daha dünyaya tanıtmaq, Azərbaycanın haqq və ədalət savaşını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq idi".
“Bakı Şəbəkəsi” Araşdrımalar və Təhlil İctimai Birliyinin layihə
direktoru Sahil Kərimli isə bildirib ki, şəhidlərimizin, xüsusilə
də peşə borcunu yerinə yetirərkən erməni terrorunun qurbanı olan
media nümyəndələrinin xatirəsi bizim üçün daim əzizdir: "Biz
Fransada keçirilən tədbirdə bir daha dünyaya çatdırdıq ki, erməni
işğalçıları mülki insanlara qarşı müharibə cinayətləri törədiblər.
İstər 1-ci Qarabağ müharibəsi zamanı, istərsə də 44 günlük Vətən
Müharibəsi dövründə erməni terrorçuları mülki şəxsləri,
jurnalistlərimizi qətlə yetiriblər. Biz şəhidlərimizin əziz
xatirəsini uca tutaraq bu həqiqətləri dünyaya çatdırmaq istədik. Bu
gün də, gələcəkdə də bu kimi layihələr davam etdiriləcək".
Şəhid jurnalistin həyat yoldaşı Nəsibə Şahbazova bildirib həyat
yoldaşı çox ağır təbiətli, zəhmətkeş, qayğıkeş, ailəsinə, xüsusilə
də dostlarına məsuliyyətli, dostcanlı, anasını, atasını, ailəsini
sevən, valideynlərinə böyük hörmətlə yanaşan biri idi. Düzdür, hər
gün eyni söhbəti edirik, amma hər il noyabrın 20-si bizim üçün ən
ağır gündür. Bizim ailə Fəxrəddinsiz yaşadı. Uşaqlar Fəxrəddinsiz
böyüdü. Fəxrəddinin övladları ilə bağlı nə boyda arzuları var idi.
Allah prezidentimizin canını sağ eləsin. Düşünürəm ki, onun “dəmir
yumruğ”u olmasa idi, bu qədər möhkəm olmazdıq. Hamı o “dəmir
yumruq” ətrafında birləşdi, bütün azərbaycan xalqı, igidləri
prezidentimizi dəstəklədi. Prezidentimizin yanındayıq. O, “dəmir
yumruğ”unu bir dəfə hamıya göstərdi. Mənə elə gəlir ki, biz bird
aha müharibə görmərik.
Fəxrəddin Şahbazovun qızı Əminə Şahbazova isə deyib ki, atası
şəhid olanda yaşı az olduğundan onu xatırlamır: ancaq xırda
epizodlar yadımızda qalıb.Hamısı da çox gözəl xatirələrdir. Hələ
uşaq yaşlarımızdan bizimlə maraqlanmağı az da olsa, yadımdadır.
Çəkilişdən qayıtıdıqdan sonra çəkdiklərini bizə göstərirdi.
Uşaqlıqdan qürur hissi ilə böyümüşük. Hara getmişiksə, Milli
Qəhrəman övladı adı başımızın üstündə olub. O necə Vətənə layiq
olmaq üçün bu yola giribsə, biz də ona, adına, Vətənə layiq
yaşamağa çalışmışıq. Biz sonadək o adla yaşayacğıq.
Fəxrəddin Şahbazovun qızı Səbinə Şahbazova bildirib ki, atası
rəhmətə gedəndə üç yaşı var idi: Bacım məndən bir yaş böyükdür.
Bəlkə, 10 yaşımda filan daha çox yadımda idi. Zaman keçdikcə,
qayğılar artdıqca, həyata adaptasiya olduqca istər-istəməz
uşaqlıqlar bir az unudulur. Düzünü desəm, simasını ancaq
şəkillərdən xatırlayıram. Elə bir yaşımda idim ki, hansısa hadisəni
danışlmadan heç cür yadıma sala bilmirəm. Lakin anam danışanda az
da ol, xatirə kimi gözümün önündən keçir. O qədər gözəl sözlər,
ifadələr eşidirdim ki, o özü mənim üçün çox böyük fəxr idi. O, həm
dost kimi çox gözəl dost olub. Dostları onunla bağlı xatirələrini
danışa-danışa bitirmirlər. Evin böyük oğlu olduğuna görə bacı və
qardaşlarının əlindən tutub. Belə bir kişinin qızı olduğuma görə
fəxr edirəm.
Fəxrəddin Şahbazovun ailə üzvləri şəhid jurnalsitlərin
xatirəsinin daim uca tutduğuna, bu istiqamətdə mütəmadi tədbirlər
keçirdiyinə görə “Bakı Şəbəkəsi” Araşdrımalar və Təhlil İctimai
Birliyinə dərin təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd
kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində
erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi
helikopterində Azərbaycan Respublikasının Dövlət katibi Tofiq
İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq
daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov
və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident
Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan
Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov,
Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev, video
operator Fəxrəddin Şahbazov və digər şəxslər də olmaqla ümumilikdə
22 nəfər həlak olub. Fəxrəddin Şahbazova ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Şəhid Fəxrəddin Şahbazovun evindən hazırlanan videoreportajı təqdim edirik: