...

Bukayo Saka “Arsenal”la uzunmüddətli müqavilə imzalayacaq

İdman Materials 20 Noyabr 2025 08:56 (UTC +04:00)
Bukayo Saka “Arsenal”la uzunmüddətli müqavilə imzalayacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

BAkı. Trend:

“Arsenal”ın cinah oyunçusu Bukayo Saka klubla 2030-cu ilə qədər yeni uzunmüddətli müqavilə imzalamağa hazırdır.

Trend xəbər verir ki, danışıqlar davam etsə də, həm klub, həm də futbolçu tərəfi razılaşmanın uzadılacağına tam əmindir.

London təmsilçisinin rəhbərliyi 24 yaşlı futbolçunun bu ilin sonuna qədər yeni müqaviləni rəsmiləşdirəcəyinə ümid edir. Hazırda Sakanın “topçular”la müqaviləsi 2027-ci ilin yayına kimidir.

Bu mövsüm Saka “Arsenal”ın heyətində bütün turnirlər üzrə 14 oyunda iştirak edib və altı qol vurub. Transfermarkt-ın məlumatına əsasən, futbolçunun bazar dəyəri 140 milyon avrodur.

Xəbər lenti

Xəbər lenti