...

Rəqəmsal fırıldaqçılıq hallarının 90%-i müştərilərin manipulyasiya olunması yolu ilə baş verir - AMB

İqtisadiyyat Materials 20 Noyabr 2025 11:39 (UTC +04:00)
Rəqəmsal fırıldaqçılıq hallarının 90%-i müştərilərin manipulyasiya olunması yolu ilə baş verir - AMB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal fırıldaqçılıq hallarının böyük hissəsi - 80-90%-i müştərilərin manipulyasiya olunması yolu ilə baş verir.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) Aparat Sistemləri və Məhsul İnkişafı şöbəsinin Baş mütəxəssisi Elvin Cüvarov bu gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunun ikinci günündə deyib.

O, rəqəmsal fırıldaqçılıq hallarını kateqoriyalaşdırıb: "Burada birinci pillədə müştəri tərəfindən məlumatların ötürülməsini qeyd edə bilərik. İkinci yerdə isə müştərinin manipulyasiya olunması nəticəsində müştərinin özünün icra etdiyi əməliyyatlarıdır".

"Ona görə də ölkə daxilində banklar, ödəniş təşkilatları üçün informasiya təhlükəsizliyi sahəsində müəyyən tələblər formalaşdırılsın. Yəni ölkədə rəqəmsal fırıldaqçılıqla mübarizədə tələblərin daha da yenilənməsinin zamanı yetişib. Bu sahədə Mərkəzi Bank tərəfindən işlər görülür", - deyə AMB rəsmisi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti