Bakı. Trend:
“Yuventus” qış transfer pəncərəsində “Sanderlend”in yarımmüdafiəçisi Qranit Cakanı heyətinə qatmaq niyyətindədir.
Trend xəbər verir ki, Turin klubu isveçrəli futbolçunu yüksək dəyərləndirir və onun liderlik keyfiyyətləri, texniki bacarıqları, fiziki hazırlığı və taktiki düşüncəsini xüsusilə qeyd edir.
Bildirilir ki, Caka ötən yay “Yuventus”a keçə bilərdi, lakin o, seçimində İngiltərə Premyer Liqasını üstün tutaraq “Sanderlend”i seçib.
Yarımmüdafiəçi cari mövsümdə “Sanderlend”də 11 oyuna çıxıb, bir qol vurub və üç məhsuldar ötürmə edib. “Qara pişiklər” hazırda Premyer Liqada 19 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşıblar.
