...

Almaniyada 147 mindən çox iş yerinin ixtisarı planlaşdırılır

Dünya xəbərləri Materials 20 Noyabr 2025 08:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada kütləvi işdənçıxarma dalğası daha da güclənir. Ölkədə 88 müəssisə ümumilikdə 147 522 iş yerinin ixtisarını planlaşdırır.

Trend xəbər verir ki, bu barədə “Bild” qəzeti “Initiative Neue Soziale Marktwirtschaft” lobbi təşkilatının araşdırmasına istinadən məlumat yayıb.

Araşdırma 1 iyul 2024-cü ildən etibarən işçi ixtisarları ilə bağlı bildiriş təqdim edən şirkətləri əhatə edir.

Siyahıda demək olar ki, bütün iqtisadi sektorlar yer alır: avtomobil ehtiyat hissələri istehsalçıları, logistika və İT şirkətləri, aviadaşıyıcılar, eləcə də kiçik maşınqayırma müəssisələri.

Məlumata görə, təkcə “Deutsche Bahn” 30 min əməkdaşını, avtomobil ehtiyat hissələri istehsalçısı “ZF” isə 14 min işçini ixtisar etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti