...

Cənubi Afrika G20 sammiti öncəsi etirazlara qarşı hazırlıq görür

Dünya xəbərləri Materials 20 Noyabr 2025 04:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Afrika hakimiyyəti Yohannesburqda keçiriləcək G20 sammiti ilə əlaqədar gözlənilən etiraz aksiyalarına hazırlaşır və asayişi qorumaq üçün əlavə qüvvələr yerləşdirir.

Trend xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Hakimiyyət orqanları əlavə 3 500 polis əməkdaşı göndərib və zərurət yaranarsa, əməliyyatlarda hərbi qulluqçular da iştirak edə bilər.

İki günlük G20 sammiti şənbə günü Yohannesburqda başlayacaq və 40-dan çox ölkənin liderləri və diplomatları tədbirdə iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti