Bakı. Trend:
Avropa İttifaqının səkkiz ölkəsi Mərkəzi-Şimali Avropada sürətləndirilmiş hərbi mobillik zonasının yaradılması barədə razılığa gəlib.
Trend xəbər verir ki, bu barədə məlumat Niderland Nazirlər Kabinetinin bəyanatında yer alıb. Bildirilib ki, Mərkəzi-Şimali Avropa hərbi mobillik zonası (CNE MMA) rəsmi olaraq təsis edilib.
Memorandumu Almaniya, Belçika, Niderland, Polşa, Litva, Slovakiya, Çexiya və Lüksemburq imzalayıb. Yeni mexanizmə əsasən, qoşunlar və ağır hərbi texnika bu ölkələrin sərhədlərindən daha sürətli və asan şəkildə keçə biləcək.
Sənəddə həmçinin qeyd olunur ki, növbəti mərhələdə Avropa qitəsində “hərbi Şengen zonası”nın yaradılması nəzərdə tutulur.
