Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp noyabrın 21-də Ağ Evdə Nyu-York şəhərinin yeni seçilmiş meri Zohran Mamdani ilə görüşəcək.
Trend-in məlumatına görə, bu barədə Tramp “Truth” sosial mediasında yazıb.
O, görüşün qarşı tərəfin müraciəti əsasında baş tutacağını bildirib.
Görüşün digər detalları hələ açıqlanmayıb.
