...

İndoneziya sahillərində güclü zəlzələ olub

Dünya xəbərləri Materials 20 Noyabr 2025 11:51 (UTC +04:00)
İndoneziya sahillərində güclü zəlzələ olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziya sahillərində güclü zəlzələ olub.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, 5,8 maqnitudalı zəlzələnin episentri 355 minə yaxın sakinin yaşadığı Ambon şəhərindən 21 kilometr şərqdə qeydə alınıb. Zəlzələnin yeraltı ocağı 128 kilometr dərinlikdə olub.

Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti