Xocalı. Trend:
Noyabrın 20-də Xocalı rayonunun Şuşakənd kəndinə növbəti dəfə köç olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatına əsasən, bu mərhələdə Şuşakəndə 54 nəfərdən ibarət 15 ailə qayıdıb.
Mənzillərin açarlarının təqdimatında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinləri doğma yurdlarına qayıdış münasibətilə təbrik edərək bildirib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma proqramı çərçivəsində Şuşakənd və digər yaşayış məntəqələrində bütün əsas infrastruktur, yol, su, elektrik, qaz və digər kommunal xidmətlər tam şəkildə təmin olunub.
Qeyd olunub ki, bu mərhələ ilə birlikdə Şuşakəndə ümumilikdə 284 nəfər -yəni 76 ailə qayıdıb.
xxx
12:42
Xocalı rayonu Şuşakənd kəndinə növbəti köç karvanları yola salınıb.
Trend-in yerli müxbirinin verdiyi məlumata görə, bu mərhələdə Şuşakənd kəndinə 15 ailə (54 nəfər), qayıdır.
Köç edənlər ölkənin müxtəlif yerlərində, əsas ən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu köçdə daxil olmaq Şuşakənd kəndinə ümumilikdə 76 ailə 284 nəfərin daimi qayıdışı təmin edilib
