Bakı. Trend:
Qvatemalada 15 yaşlı gözəllik kraliçası İvana Marsela Lopes Murales ağır yol qəzasında həyatını itirib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, onun idarəetdiyi motosiklet yüksək sürətlə pikapa çırpılıb.
Bildirilir ki, hadisə yerinə gələn xilasedicilər Muralesə ilkin tibbi yardım göstərsələr də, ciddi xəsarətlər səbəbindən o, hadisə yerində keçinib. Pikap sürücüsü saxlanılıb. Qəzanın səbəbləri araşdırılır.
Qeyd edilir ki, İvana Marsela Lopes Murales 2024-cü ildə Nueva-Koncepsiyon şəhərində keçirilən Çiçəklər Festivalında gözəllik kraliçası seçilmişdi.
