Bakı. Trend:
Vaxtilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti indi öz bəhrəsini verməkdədir.
Trend xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Bugünkü müzakirələr bir daha göstərdi ki, ilk növbədə 2026-cı il dövlət büdcəsi neftdən asılılığı azaldır, ikincisi regionların dövlət büdcəsindən asılılığı da tədricən azalır. Bu isə qarşıya qoyduğumuz məqsədlərə çatmağımız deməkdir”, - deyə o bildirib.
Komitə sədri vurğulayıb ki, Azərbaycanda uzun illərdir hökm sürən ictimai-siyasi sabitlik və ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ölkəmizi xarici investorlar üçün daha da cəlbedici edib.
“Növbəti illərdə milyardlarla manat vəsait Azərbaycana investisiya ediləcək”, - deyə Ə.Hüseynli bildirib.
