Bakı. Trend:
Rusiyaya qarşı 100 sanksiyalar paketinin qəbul olunduğunu görmək istərdim.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla İsveçin XİN rəhbəri Mariya Malmer Stenerqard çıxış edib.
Nazir Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı ABŞ-nin yeni sülh planının olması ilə bağlı məlumatların “şaiə” olduğunu söyləyib.
“Elə ki, hansısa danaşıqların aparılması ilə bağlı şayiələr yayılır, insanlar konsentrasiyalarını itirməyə başlayırlar. İndiyə kimi bu hər hansı nəticə gətirməyib. Ona görə hesab edirəm ki, mənim vəzifəm ölkələrin Rusiyaya təziyiq artırmağa və Ukraynaya dəstəyi genişləndirməyə davam etməsini təmin etməkdən ibarətdir, çünki bu həqiqətən barışıq ehtimallarını artıra bilər”, - deyə Stenerqard bildirib.
O, Qərbi Rusiyaya təzyiqləri davam etdirməyə çağırıb.
