...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 20 Noyabr 2025 09:44 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycan neftinin “Azeri Light” markasının qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,33 ABŞ dolları və ya 0,5% azalaraq bir barel üçün 67,67 dollar təşkil edib.

Bu barədə Trend-ə neft bazarından olan mənbə məlumat verib.

Qeyd olunur ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazisi üzrə bir barelinin qiyməti 0,27 dollar və ya 0,4% azalaraq 65,55 dollar olub.

URALS markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,6 dollar və ya 3% azalaraq bir barel üçün 50,08 dollar təşkil edib.

Şimal dənizində hasil olunan “Dated Brent” markalı neftin qiyməti isə 0,2 dollar və ya 0,3% azalaraq 63,35 dollar olub.

Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti