Bakı. Trend:
Cari ilin yanvar–oktyabr aylarında Azərbaycandan Çexiyaya 701,4 milyon ABŞ dolları dəyərində 1,308 milyon ton bitum süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac edilib.
Trend bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə, bu göstərici dəyər ifadəsində 199,4 milyon ABŞ dolları və ya 22,1 faiz, həcm baxımından isə 126 min ton və ya 8,8 faiz azdır.
Ötən ilin ilk on ayı ərzində Azərbaycandan Çexiyaya ümumi dəyəri 900,8 milyon ABŞ dolları 1,434 milyon ton həcmdə, olan neft və neft məhsulları ixrac edilmişdi.
Qeyd edək ki, yanvar–oktyabr aylarında Azərbaycan ümumilikdə 20,8 milyon ton xam neft və neft məhsulları ixrac edib və bu ixracın dəyəri 10,9 milyard dollardan çox olub.
2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 1,9 milyard dollar (15%) azalıb, həcm baxımından isə 182,6 min ton (0,9%) artıb.
