...

Göyçayda 3 evdən oğurluq edən şəxs həbs edilib

Gündəm Materials 20 Noyabr 2025 11:49 (UTC +04:00)
Göyçayda 3 evdən oğurluq edən şəxs həbs edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Göyçay rayonunda yerləşən evlərin birindən oğurluq edilib. Naməlum şəxs mənzildə olan 7 min manatdan artıq pul vəsaitini talayaraq ələ keçirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş 29 yaşlı Elşən Fərzəliyev saxlanılıb.

Araşdırmalarla E.Fərzəliyevin rayon ərazində yerləşən daha iki evdən də oğurluq etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti