...

AKB regionlar üzrə kredit skorlarının analizini təqdim edəcək yeni modul hazırlayır

İqtisadiyyat Materials 20 Noyabr 2025 10:34 (UTC +04:00)
AKB regionlar üzrə kredit skorlarının analizini təqdim edəcək yeni modul hazırlayır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Kredit Bürosu (AKB) regionlar üzrə kredit skorlarının analizini təqdim edəcək yeni modul hazırlayır.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Kredit Bürosunun Məhsul rəhbəri Rasim Həbibzadə Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunun ikinci günündə bildirib.

Onun sözlərinə görə, büro hazırda regionlar üzrə analiz adlanan yeni modul üzərində işləyir.

"Bu modulun cari ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Yeni modul vasitəsilə istifadəçilər portfellərindəki yeni kreditlərin ölkənin müxtəlif regionları üzrə orta skorlarını müəyyən edə biləcəklər. Yəni, bu modul hər bir regionda verilmiş kreditlərin skor dinamikasını fərqli dövrlər üzrə təhlil etməyə imkan verəcək”, – R. Həbibzadə qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti