...

Alimlər 1-ci tip diabetin effektiv müalicə üsulunu tapıb

Dünya xəbərləri Materials 20 Noyabr 2025 10:04 (UTC +04:00)
Alimlər 1-ci tip diabetin effektiv müalicə üsulunu tapıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kompleks şəkildə hematopoetik kök hüceyrələrin və mədəaltı vəzi hüceyrələrinin köçürülməsi Stenford Tibb Məktəbinin tədqiqatçılarına siçanlarda 1-ci tip diabetin tam qarşısını almağa və ya onu müalicə etməyə imkan verib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Journal of Clinical Investigation” (JCI) jurnalında dərc edilən məqalədən göründüyü kimi, donor və resepient (orqanı qəbul edən -red.) hüceyrələrindən formalaşan yeni immun sistemi insulin ifraz edən hüceyrələrə qarşı autoimmun hücumu dayandırıb və insulin və immunosupressiv dərmanlar olmadan normal şəkər səviyyəsinin sabit şəkildə bərpasını təmin edib.

Orqanizmi bu cür transplantasiyaya hazırlamaq üçün alimlər yumşaq bir rejimdən istifadə ediblər: anticisimlərin kombinasiyası, aşağı dozalı şüalanma və autoimmun xəstəliklərə qarşı tətbiq olunan preparat.

Bu sxem artıq qismən klinikada tətbiq olunur ki, bu da metodun insanlara ötürülməsi şansını artırır. Metod diabetin inkişafının qarşısını almaq üçün sınaqdan keçirilən bütün 19 heyvanda işləyib. Həmçinin xəstəliyi artıq ağır formada olan doqquz siçanın hamısında da müsbət nəticə verib.

Növbəti addım texnologiyanı insanlar üçün uyğunlaşdırmaq və transplantasiya üçün yetərli sayda mədəaltı vəzi hüceyrəsi mənbəyi tapmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti