Bakı. Trend:
Bakıda IX Beynəlxalq Bankçılıq Forumunun ikinci günü öz işinə başlayıb.
Trend xəbər verir ki, tədbir "Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq" devizi altında baş tutur.
Forumun ikinci günü rəqəmsal maliyyə, kibertəhlükəsizlik, kapital bazarları və bankların rəqəmsal transformasiyası mövzularını əhatə edən geniş sessiyalarla davam etdiriləcək.
Ümumilikdə isə forum nağdsız iqtisadiyyat, rəqəmsal transformasiya, süni intellekt, kibertəhlükəsizlik, açıq bankçılıq, kapital bazarları və yeni ödəniş ekosistemləri kimi sahələrdə aktual trendlərin müzakirəsinə həsr olunub.
Tədbirdə dövlət qurumları, bank və maliyyə institutları, fintex ekosistemi, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərin nümayəndələri iştirak edirlər.
Xəbər yenilənəcək
