...

Bakı Fond Birjası Tabadul platformasına xarici brokerlərin məsafədən qoşulmasını planlaşdırır

İqtisadiyyat Materials 20 Noyabr 2025 13:03 (UTC +04:00)
Bakı Fond Birjası Tabadul platformasına xarici brokerlərin məsafədən qoşulmasını planlaşdırır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Fond Birjası (BFB) xarici brokerlərin Tabadul Mərkəzinə məsafədən qoşulmasını planlaşdırır.

Trend xəbər verir ki, bunu “Bakı Fond Birjası“nın Baş İcraçı Direktorun müavini, Baş Kommersiya İnzibatçısı Oqtay Qasımov bu gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunun ikinci günündə deyib.

"Nail olmaq istədiyimiz əsas hədəf xarici brokerlərlə məsafədən qoşulmaları təmin etməkdir. Yəni Tabadul Mərkəzində brokerlərin məsafədən qoşulmasını təmin etmək üçün hüquqi tələblərin yenilənməsi tələb olunur", - o vurğulayıb.

O. Qasımov bildirib ki, bu da özündə müəyyən requlyativ işləri zəruri edir: "Hazırda bu istiqamətdə tənzimləmələrlə bağlı requlyatorla birlikdə işlər aparırıq. Gələn ilin ortalarına xarici brokerlərlə məsafədən qoşulmalar mümkün olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti