...

Aİ XİN rəhbərləri Rusiya nefti daşıyan tankerlərə qarşı sanksiyaları müzakirə edəcəklər

Dünya xəbərləri Materials 20 Noyabr 2025 12:55 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının xarici işlər nazirləri Rusiya neftini daşıyan tankerlərə qarşı sanksiyaları müzakirə edəcəklər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas bildirib.

O qeyd edib ki, Rusiyanın "kölgə donanması"na qarşı yeni sanksiyaları da müzakirə edəcəyik.

Diplomatik mənbələrin məlumatına görə, Aİ həmin tankerlərin üzdüyü ölkələrdən və yurisdiksiyalardan açıq dənizdə onların saxlanılması və göyərtəsində yoxlanışların aparılması üçün icazələr almağa çalışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti