...

IFC Azərbaycandakı fəaliyyətinin prioritetləri barədə danışıb

İqtisadiyyat Materials 20 Noyabr 2025 11:05 (UTC +04:00)
IFC Azərbaycandakı fəaliyyətinin prioritetləri barədə danışıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Maliyyə Korporasiyası artıq 30 ildir ki, Azərbaycanın inkişafına dəstək olur.

Trend xəbər verir ki, bunu IFC-nin Qərbi Balkanlar və Cənubi Qafqaz üzrə direktoru Vibke Şlömer öz sosial şəbəkə hesabında yazıb.

V. Şlömer bildirib ki, IFC-nin Azərbaycanda fəaliyyətə başladığı 1995-ci ildən etibarən maliyyə xidmətləri, infrastruktur, sənaye istehsalı və aqrobiznes sahələrində maliyyələşdirdiyi təxminən 60 layihə həyata keçirilib.

“Bizim məsləhətçi fəaliyyətimiz biznes mühitinin gücləndirilməsinə, maliyyə sektorunun dəstəklənməsinə, korporativ idarəetmənin yaxşılaşdırılmasına və kiçik və orta sahibkarlıq subyektləri üçün imkanların genişləndirilməsinə kömək edib. Bu gün Azərbaycandakı fəaliyyətimiz iqtisadi şaxələndirmənin dəstəklənməsi, iş yerlərinin yaradılması, KOB-ların maliyyəyə çıxışının genişləndirilməsi, enerji əlçatanlığının artırılması və ölkənin regional nəqliyyat qovşağı kimi rolunu möhkəmləndirən infrastrukturun inkişafına yönəlib. Bu fəaliyyət vacibdir, belə ki, biznesin inkişafına, özəl investisiyaların stimullaşdırılmasına və xüsusilə Azərbaycanın karbohidrogenlərdən kənar iqtisadiyyata keçidi sürətləndirdiyi bir zamanda daha dayanıqlı və inklüziv gələcəyin qurulmasına töhfə verir. Biz həmçinin region üzrə yüklərin daşınmasında mühüm rol oynayan Bakı Beynəlxalq Dəniz Ticarət Limanına da baş çəkdik”, – deyə o vurğulayıb.

Şlömer əlavə edib ki, Bakı səfəri çərçivəsində o, Nəqliyyat Nazirliyi, Mərkəzi Bank və İqtisadiyyat Nazirliyinin nümayəndələri ilə məhsuldar görüşlər keçirib və hər bir qurum mövcud islahatların əhəmiyyətini və özəl sektorun inkişafı üçün imkanları önə çəkib.

“Bank Respublika nümayəndələri ilə görüşüm də 2007–2009-cu illərdə KOB-ların maliyyələşdirilməsi ilə başlayan və 2023–2024-cü illərdə genişləndirilmiş uzunmüddətli tərəfdaşlığımızın əhəmiyyətini bir daha təsdiqlədi. Bu əlaqələrin möhkəmləndirilməsi prioritet olaraq qalır, çünki bank kiçik müəssisələrə və iqlim yönümlü investisiyalara dəstəyini daha da artırır”, - deyə o fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti