Bakı. Trend:
2026-cı ilin dövlət büdcəsində sosial müavinət, təqaüd və kompensasiyalar üçün 2 milyard 144 milyon manat və ya 178.5 mln manat və ya 9.1% çox vəsait nəzərdə tutulub.
Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, həmçinin növbəti ilin dövlət büdcəsində ÜDSY üzrə 465 milyon manat, haqqı ödənilən ictimai işlərin təşkili üzrə isə 141,7 milyon manat vəsait ayrılıb.
“Dövlət icbari şəxsi sığorta vəsaiti hesabına növbəti ildə reabilitasiya vasitələrinin alınmasına 31,7 milyon manat nəzərdə tutulub.
Həmçinin DSMF-nin investisiya gəlirləri və dövlət icbari şəxsi sığorta vəsaiti hesabına şəhid ailələrinin, müharibə əlillərinin mənzillərlə təminatına 50 mln. manat vəsaitin ayrılması nəzərdə tutulur”, - deyə A.Əliyev qeyd edib.
