...

Avropa İttifaqı sülh prosesində Azərbaycan və Ermənistanın səylərini dəstəkləyir - Xüsusi nümayəndə

Siyasət Materials 20 Noyabr 2025 14:33 (UTC +04:00)
Avropa İttifaqı sülh prosesində Azərbaycan və Ermənistanın səylərini dəstəkləyir - Xüsusi nümayəndə
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı tamdəyərli sülh və regional inkişaf yolunda erməni və azərbaycanlı tərəfdaşları ilə həmrəydir.

Trend xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono 18-19 noyabr tarixlərində İrəvanda keçirilən yüksək səviyyəli ikigünlük müşavirələrin nəticələrinə dair bildirib.

“İrəvanda iki günlük intensiv və məzmunlu yüksək səviyyəli müşavirələr başa çatdı”, - Qrono öz “X” səhifəsində yazıb.

O, Azərbaycan ilə Ermənistan arasında sülh prosesi ilə bağlı, eləcədə erməni-türk münasibətlərinin normallaşdırılması, regional əməkdaşlıq, nəqliyyat və kommunikasiya əlaqəliliyi məsələləri, o cümlədən də humanitar məsələlərlə bağlı dərin fikir mübadiləsinin aparıldığını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti