...

Elnur Rzayev Əhmədoba kəndində sakinlərin müraciət və təkliflərini dinləyib (FOTO)

Cəmiyyət Materials 20 Noyabr 2025 21:24 (UTC +04:00)
Elnur Rzayev Əhmədoba kəndində sakinlərin müraciət və təkliflərini dinləyib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Əhmədoba kəndində növbəti səyyar qəbul keçirib.

Trend xəbər verir ki, qəbulda Əhmədoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Əhmədoba, Hacıəhmədoba, Hacıqazma və Qaracəlli kəndlərinin sakinləri iştirak edib.

Görüş iştirakçıları əvvəlcə Əhmədoba kəndində şəhid İsmət Rəsulovun büstü önünə gül dəstələri düzüb, vətən uğrunda canından keçən mərd oğulların əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra müraciət və təkliflər dinlənilib. Sakinlər kəndlərarası yolun təmiri, suvarma kanallarının təmizlənməsi və elektrik təsərrüfatının yenilənməsi ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti