Bakı. Trend:
G20 ölkələrindən olan milyarderlərinin sərvəti bir il ərzində 16,5% artaraq 15,6 trilyon ABŞ dollarına çatıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Oxfam” beynəlxalq xeyriyyə və humanitar təşkilat məlumat yayıb.
“G20 milyarderlərinin təkcə bir il ərzində əldə etdiyi sərvət – 2,2 trilyon dollar - 3,8 milyard insanı yoxsulluqdan xilas etməyə kifayət edir”,- “Oxfam”ın hesabatında deyilir.
Qeyd olunur ki, bunu həyata keçirmək üçün ildə 1,65 trilyon dollar tələb olunur.
"Bərabərsizlik şüurlu siyasi seçimdir. Zənginlərin sərvəti rekord səviyyəyə çatdığı halda, ictimai rifah ya artmır, ya da azalır, borc yükü isə artır", - “Oxfam International”ın rəhbəri Amitabh Behar bildirib.
