...

Quba sakinindən narkotik vasitə və psixotrop tərkibli həblər aşkarlanıb

Cəmiyyət Materials 21 Noyabr 2025 09:05 (UTC +04:00)
Quba sakinindən narkotik vasitə və psixotrop tərkibli həblər aşkarlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Quba sakinindən müxtəlif növ narkotik vasitə və psixotrop tərkibli həblər aşkarlanıb.

Trend xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Pirvahid kənd sakini, əvvəllər məhkum olunmuş 32 yaşlı Pərvin Mustafayev saxlanılıb.

Həmin şəxsin idarə etdiyi avtomobil və yaşadığı ünvandan narkotik vasitə heroin, tiryək, marixuana və psixotrop maddə metamfetamin, eləcə də yüksək təsiredici həblər aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə P.Mustafayevin barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti