...

Yanvar-oktyabr aylarında Azərbaycandan Xorvatiyaya ixrac edilən neftin dəyəri və həcmi məlum olub

Energetika Materials 20 Noyabr 2025 14:44 (UTC +04:00)
Yanvar-oktyabr aylarında Azərbaycandan Xorvatiyaya ixrac edilən neftin dəyəri və həcmi məlum olub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Xorvatiyaya 634,7 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş1,188 milyon ton xam neft və neft məhsulları də ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 207,9 milyon ABŞ dolları və ya 24,6% , həcm ifadəsində isə 187 min ton və ya 13,6% azalıb.

Belə ki, ötən ilin ilk on ayında Azərbaycandan Xorvatiyaya 842,6 milyon ABŞ dolları dəyərində 1,375 milyon ton neft və neft məhsulları ixrac olunub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan ümumilikdə 10,9 milyard dollardan çox dəyərdə 20,8 milyon ton xam neft və neft məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti