...

Premyer Liqa klubunun futbolçusu mövsümü erkən bitirməli oldu

İdman Materials 21 Noyabr 2025 03:10 (UTC +04:00)
Premyer Liqa klubunun futbolçusu mövsümü erkən bitirməli oldu

Bakı. Trend:

Fabio Karvalyo zədə səbəbindən bu mövsümün qalan hissəsini buraxacaq.

Trend xəbər verir ki, “Brentford”un vingeri ön xaçvari bağını zədələyib və əməliyyata hazırlaşacaq. Bu əməliyyatdan sonra o, 2026/27 mövsümünə qədər meydana çıxa bilməyəcək.

Karvalyo 2024-cü ildə “Liverpul”dan transfer olunub və yeni komandasında 33 oyun keçirib, cari İngiltərə çempionatında isə 6 matçda oynayıb.

Xəbər lenti

Xəbər lenti