Bakı. Trend:
Fransanın paytaxtı Parisdə elektrik təchizatının kəsilməsi ilə əlaqədar 170 mindən çox ev, həmçinin şəhər metropoliteni işıqsız qalıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Fransanın elektrik şəbəkəsi “Enedis” şirkətinin bəyanatına görə, yerli vaxtla saat 06:38-də qeydə alınan nasazlıq səbəbindən metro və şəhərətrafı qatar xətləri fəaliyyətini dayandırıb və təsirlənən ərazilərdə enerji təchizatının bərpası üzərində iş aparılır.
Şəbəkə operatoru elektrik təchizatının kəsilməsinin səbəbləri barədə məlumat verməyib.
Bəzi rəsmilər elektrik kəsintisinin saat 05:38-də şəhərin cənub-qərbində yerləşən “Issi-les-Moulineaux” elektrik yarımstansiyasında baş verən texniki nasazlıqdan qaynaqlandığını bildirirlər.
