...

Ağcabədidə yük maşını ilə minik avtomobili toqquşdu - Ölənlər var

Hadisə Materials 20 Noyabr 2025 19:09 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Ağcabədidə yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb bir nəfər ağır xəsarət alıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayon Qaradolaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “”GAZel” markalı yük maşını hərəkətdə olarkən “VAZ-21015” markalı minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ”ın sürücüsü 1984-cü il təvəllüdlü Vəliyev Orxan hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər O.Vəliyevin həyat yoldaşı Vəliyeva Türkan və əmisi oğlu 1972-ci il təvəllüdlü Vəliyev Elsevər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat edilən ağır yaralı E.Vəliyev əməliyyatdan sonra xəstəxanada vəfat edib. Ağır xəsarətlər alan Türkan Vəliyevanın müalicəsi müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma başlanıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti