Bakı. Trend:
Kambocada sərnişin avtobusunun körpüdən çaya aşması nəticəsində azı 13 nəfər həlak olub, 20-dən çox sərnişin yaralanıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Yerli polisin məlumatına əsasən, sərnişinləri Siem Ripdən paytaxt Pnompendəki məşhur Anqkor Vat məbəd kompleksinə daşıyan avtobus gecə saatlarında qəzaya uğrayıb. Sərnişinlərin hamsının Kamboca vətəndaşları olduğu bildirilir.
İlkin versiyaya görə, bədbəxt hadisə avtobus şoferinin sükan arxasında yuxuya getməsi ucbatından baş verib. İnsidentlə bağlı istintaq aparılır.
