...

PUA ilə İrandan ölkəyə külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 20 Noyabr 2025 14:18 (UTC +04:00)
PUA ilə İrandan ölkəyə külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından uçuş aparatı vasitəsilə narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 33 kiloqram 345 qram narkotik vasitə (29 kq 575 qram marixuana; 3 kq 125 qram metamfetamin; 565 qram tiryək; 80 qram metadon suyu) və 6758 ədəd narkotik tərkibli metadon M – 40 həbi aşkar olunaraq götürülmüşdür.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti