Bakı. Trend:
ABŞ-nin ən amansız kanniballarından biri cəza müddətinin bitməsindən 50 il tez azadlığa çıxıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Konnektikut ştatında məhkəmə 2011-ci ildə qurbanının bədəninin bir hissəsini yemiş Tayri Smit şərti olaraq azad edilib.
2013-cü ildə Smit hadisəni törədərkən anlaqsız olduğu səbəbilə günahsız sayılaraq 60 il müddətinə Uaytinq məhkəmə-tibb psixiatrik xəstəxanasına yerləşdirilmişdi.
2025-ci ilin əvvəlində isə Psixiatrik Təhlükəsizlik üzrə Nəzarət Şurası uzunmüddətli müalicə nəticəsində xəstədə şizofreniyanın, həmçinin alkoqol və narkotik pozuntularının tam remissiyada olması barədə tibbi rəyə əsasən, onun şərti azadlığa buraxılmasını təsdiqləyib.
Smit ciddi nəzarət altında ictimai müəssisəyə yerləşdirilib və onun üzərinə dərman müalicəsini, həmçinin psixiatrik reabilitasiyanı davam etdirmək öhdəliyi qoyulub.
