...

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib

Dünya xəbərləri Materials 21 Noyabr 2025 03:51 (UTC +04:00)
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib

Bakı. Trend:

ABŞ Rusiya Federasiyasına qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib.

Trend xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında ABŞ-ın təşkilatdakı daimi nümayəndəsi Mayk Uolts bildirib.

O qeyd edib ki, Rusiya “atəşkəslə bağlı çağırışlara məhəl qoymaqda davam edərsə”, Vaşinqton əlavə təzyiq tədbirlərini həyata keçirməyə hazırdır.

Daimi nümayəndə həmçinin ABŞ-ın Ukraynanın müdafiəsi üçün silah tədarükünü davam etdirəcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti